2023-cü ilin Avqust ayının 5-i, Park Bulvar t/m-nin yanında, Bakı Dənizkənarı Bulvarda növbəti kütləvi tədbirimi baş tutdu.

Tədbir “Ali və Nino” Kitab Evi ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Teleskopları təqdim edən “Ali və Nino” kitab evinə dərin təşəkkürümüzü bildiririk. Həmçinin iştirakçılarımızın biri müsabiqə vasitəsi ilə teleskop da qazandı, onu da təbrik edirik.

Hava şəraitinin müşahidə üçün tam əlverişli olmamasına baxmayaraq iştirakçılar yüksək mədəniyyət, səbr və xoş münasibət göstərərək növbə ilə teleskoplara yaxınlaşıb AYın möhtəşəm mənzərəsindən həzz ala bilirdilər.

“Həvəskar Astronomlar Cəmiyyəti” adından bütün iştirakçılara gəlib iştirak etdiklərinə görə dərin təşəkkürümüzü bildiririk.

Bu son deyil, bu yaxınlarda daha bir tədbirin keçirilməsini planlaşdırırıq. Bu dəfə teleskopları cəmiyyətimizin üzvləri təmin edəcək. Səhifələrəmizi izləyin, xəbər gələcək!

Tədbirin görüntülərini Sizə təqdim edirik.

Tədbirlərimiz