Bu gözəl axşam Tusi-Bohm Planetariumun qapıları qeyri-adi qonaqlar üçün açılmışdır. Azerkcosmos və Tusi-Bohm Planetariumu tərəfindən təşkil olunmuş “Space Talk: Search for life in the Universe” seminarı Ümümdünya Kosmos Həftəsi və Bakıda keçirilən Beynəxalq Astronavtika Konqresi çərçivəsində baş tutmuşdur. 

      Seminarı doktor Thomas H. Zurbuchen və doktor Nadia Drake aparırdılar. 

      Thomas H. Zurbuchen isveçrə-amerikalı astrofizikidir. Saysız mükafatlar almış, NASA-da elmi missiyalar direktoratında uzun illər çalışmış və bu müddət ərzində 37 kosmik missiyaya rəhbərlik etmiş, daha 54 digər missiyaların təməlini qoymuşdur. Onların arasında “James Webb” kosmik teleskopu, “Perseverance” və “İngenuty” marsdayeriyən aparatlarının Marsa enməsi, DART və bir çox digər missiyaları var. 

      Nadia Drake amerikalı elmi jurnalıst, Quanta elmi jurnalında fizika üzrə redaktor və National Geographic jurnalında məqalələrin müəlifidir. Nadia Frenk Dreqykin qızıdır. Frenk Dreyk amerikalı astrofizik və astrobioloqdur. O məhşur Dreyk Disturunun (Drake equation) müəllifi və SETI-nin (Yerdənkənar həyatın axtarışlar layihələri) yaradıcısıdır. 

      Tədbirdə həmçinin Tahir Gözəl (“Qarabağ” futbol klubunun prezidenti və Tusi-Bohm Planetariumun qurucusu), Dr. Umut Yıldız (türkiyəli astrofizik, PhD, NASA və JPL-də çalışan, həmçinin Türkiyədəki “Plan-S Satellite and Space Technologies"-də baş elmi işçi) və Çağrı Mert Bakırcı (məhşur türkiyəli youtube bloqqer və Evrim Ağacı layihəsinin yaradıcısı) kimi möhtərəm qonaqlar da iştirak etmişdirlər. 

      Tədbirdə maraqlı söhbətlər və sorğu-suallar səsləndirildi. İştirakçılar Yerdənkənar həyatın axtarışları sahəsində ən yeni nəaliyyətlərlə tanış oldular. 

      Digər sevindirici xəbər Tahir bəydən gəldi. Tahir bəy 13 il bundan əvvəl Qafqazda ilk dəfə ən son yeni nəsil 4K planetariumunu qurduğunu və gələn il planetariumun yeniləyəcəyi xəbərini verdi.

      Seminardan sonra axşam gözəl şam yeməyi ilə davam etdi və qonaqlarımız milli mətbəximizdən zövq alaraq Həvəskar Astronomlar Cəmiyyətinin fəaliyyəti ilə yaxından tanış oldular və qiymətsiz töhvələrini verdilər.

Tədbirlərimiz