Növbəti daxili astrokampı çoxdan planlaşdırılan ərazidə keçirmək üçün 14 oktyabr 2023-cü ildə yola düşdük.  İşıq çirkliliyi xəritəsinə görə İsmayıllı rayonun Həftəsov (Həftəsiyab) kəndinin həndəvəri Azərbaycanın ən qaranlıq yerlərindən biri sayılır. Yolumuz mənzərəli məkanlardan və eyni zamanda çətin dağ-daş, çaylı qayalı yerlərdən keçirdi. Gözəl hava astrokampın məhsuldar olacağına söz verirdi. 

   Biz 1580 m dəniz səviyyəsindən hündürlükdə düşərgə saldıq. Qaranlıq gecəyə hazırlıq başladı. Yüksək rütübətlik bir çox texnikamızın işləməsinə mane olsa da çəkilişlər davam edirdi. Soyuq hava və avadanlığın üzərinə düşən şeh qaranlıq gecənin sehrini poza bilmədi. Biz gözəl şəkillər çəkib, maraqlı müzakirələr apardıq. Bu albom çəkilmiş astroşəkillər hazır olduqca yenilənəcək.

Astrokamp — Həftəsov (#006). Həvəskar Astronomlar Cəmiyyəti — Astronomy.az

Tədbirdən qısa icmal videosunu izləyə bilərsiniz.

Bizi Youtube, İnstagram, Facebook və Linkedin sosial şəbəkələrində izləyin.

Tədbirlərimiz